Bu gün 38 dərəcə isti olacaq

Bu gün 38 dərəcə isti olacaq
  28 İyun 2016    Oxunub:1408
İyunun 28-də Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az -a verilən xəbərə görə, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-35, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq.

Bu gün Azərbaycanın rayonlarında əsasən yağmursuz olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti