Bu gün 27 dərəcə isti olacaq

Bu gün 27 dərəcə isti olacaq
  24 Aprel 2014    Oxunub:1245
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 10-14, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 24-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti