Bu gün 22 dərəcə isti olacaq

Bu gün 22 dərəcə isti olacaq
  06 May 2016    Oxunub:1558
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Gündüz cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 18-23, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer teziqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-70 faiz olacaq.

Mayın 6-8-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi və iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 10-15, gündüz 23-28, dağlarda gecə 3-8, gündüz 14-19 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti