Bu gün 15 rayonda qaz olmayacaq

Bu gün 15 rayonda qaz olmayacaq
  31 Mart 2015    Oxunub:1735
Azərbaycanın bəzi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
SOCAR-dan AzVision.az-a verilən məlumata görə, bu gün saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Zirə-3`, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Rəncbər”, “Qobustan” və “Talıstan”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Lək”, “Zərdab”, “Zaqatala”, “Balakən”, “Əliabad”, “Katex” və “Makov”, Astara Magistral qaz kəmərləri sahəsinin “Alvadı”, “Cəlilabad”, “Göytəpə”, “Günəşli”, “Ovçubərə”, “Biləsuvar”, “Şorsulu” və “Bəydilli”, Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Yaşma”, “Giləzi”, “Alabaşlı” və “Qarayeri” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində Hacıqabul rayonunun Rəncbər, Nəvahi, Pirsaat, Qubalı, Şıxlar, Qaradağ rayonunun Qobustan, İsmayıllı rayonunun Talıstan, Xızı rayonunun Şurabad, Giləzi, Yeni Yaşma və Sitalçay, Siyəzən rayonunun Qara Siyəzən, Zarat, Candamarı və Beşdam kənd və qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Zərdab, Zaqatala, Balakən, Lənkəran, Astara, Masallı, Yardımlı və Lerik rayonlarının, o cümlədən, Bakı şəhəri Xəzər rayonu Zirə kəndinin, həmçinin İsmayıllı şəhərinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

AzVision.az


Teqlər:





Xəbər lenti