Bu gecə Bakının iki əsas küçəsi bağlanacaq

Bu gecə Bakının iki əsas küçəsi bağlanacaq
  31 May 2016    Oxunub:1162
Rənglənmə işləri ilə əlaqədar iki küçədə hərəkət məhdudlaşdırılır.
“Azəravtoyol” ASC-dən AzVision.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin ( zolaqların ) yenidən rənglənməsi işləri davam etdirilir.

Bu çərçivədə axşam saat 23:00-dan etibarən Üzeyir Hacıbəyov və Zərifə Əliyeva küçələrində rənglənmə işləri aparılacaq. Səhər saatlarınadək davam edəcək işlər zamanı sözügedən küçələrdə hərəkət tam məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti