Bu dəfə eks-prezident kimi görüşdülər

Bu dəfə eks-prezident kimi görüşdülər
  28 Fevral 2015    Oxunub:1939
İran və Türkiyənin eks-prezidentləri Abdulla Gül və Mahmud Əhmədinejad İstanbulda görüşüblər.
Tarabyadakı Huber İqamətgahında səmimi bir atmosferdə keçən görüş təxminən bir saat davam edib. Görüşdə iki ölkə əlaqələri ilə yanaşı regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı Türkiyə və İranın regional məsələlər barədə əməkdaşlıq etmələrinin vacibliyi vurğulanıb.

Türkiyənin eks-prezidenti Abdulla Gül görüşdən çox məmnun olduğunu dilə gətirərək deyib: "Əlbəttə, bu birgə səylərlə yanaşı şəxsi dostluqlardan formalaşmışdır. Bu dostluğun eyni vəziyyətdə iki millət içində davam etməsini ümid edirəm. Türk xalqı möhtərəm Əhmədinejadı özünə yaxın bilir".

Əhmədinejad ona göstərilən diqqətə görə təşəkkür edib. O, da öz növbəsində Türkiyəni öz evi kimi gördüyünü qeyd edib. İranın eks-prezidenti Türkiyəyə yenidən gələcəyini, Türkiyə xalqının qardaşları olduğunu və iki ölkə xalqı arasında heç bir ayrı-seçkiliyin olmadığını söyləyib.


Teqlər:





Xəbər lenti