Bu aktrisanın harası azərbaycanlıdır? – FAKT

Bu aktrisanın harası azərbaycanlıdır? – FAKT
  17 Aprel 2015    Oxunub:17796
`Azərbaycanlı aktrisa` kimi təqdim olunan Səbinə Əhmədovanın Moskvada erməni diasporunun maliyyələşdirdiyi “Yaşaya bilmədiyimiz həyat” qısametrajlı filminə çəkilməsi milli internet məkanında böyük hay-küy doğurub.

Qondarma `Erməni soyqırımı`nı təbliğ edən filmin birinci hissəsində bir erməni ailəsinin 1915-ci ildə İstanbuldakı həyatı, 2-ci hissədə isə onun “soyqırımı”ndan sağ qalan qızınının Sankt-Peterbuqdakı yaşamı təsvir olunur. Filmin ideya müəllifi Emil Arzanqulyan, ssenaristi Narine Aqabalyan və quruluşçu rejissoru isə Aleksandr Sabadır.

Amma burada bir vacib məqam var: Səbina Əhmədova nə zaman `azərbaycanlı` aktrisa oldu? Bizim jurnalistlər heç nədən xəbər düzəltmək üçün Azərbaycanla az-çox bağlılığı olan hər kəsi `azərbaycanlı` elan etməyi xoşlayırlar. Amma belə məsələlərdə tələsməsək, yaxşıdır. Çünki əks halda erməni təbliğat maşınının təkəribnə düşürük.

1981-ci il sentyabrın 23-də Bakıda anadan olan Səbinə Gülbəlay qızı Əhmədova `Vikipedia`da `rusiyalı aktrisa` kimi tanıdılır, milli mənsubiyyəti isə belə təqdim olunur: azərbaycanlı-erməni-yəhudi. Bu, nə kokteyldir belə?



Soyadın `Əhmədova` olması ilə insan azərbaycanlı olmur. Səbinənin ata tərəfdən erməni qarışığı var, anası isə yəhudidir. Təkcə bu, onu azərbaycanlı saymamaq üçün bəs edir. Hollivudla olan əməkdaşlığı da elə bu yəhudi xətti ilə baş tutub. Amma bu fəaliyyəti onu bizim medianın etdiyi kimi, `Hollivud aktrisası` adlandırmağa qətiyyən əsas vermir.

Beləliklə, yaxşı olar ki, düşmən tərəfə işləyən hər kəsi tutub zorla `azərbaycanlı` etməyək. Çünki onların istədiyi də elə budur.

Tariyel Həsənov
AzVision.az



Teqlər:  





Xəbər lenti