Bu günün hava proqnozu

Bu günün hava proqnozu
  10 Dekabr 2016    Oxunub:1512
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hirdometeorologiya Departamentindən AzVision.az-a bildirilib ki, bəzi yerlərdə zəif duman. Arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 4-7° isti, Bakıda gecə 0-2° isti, gündüz 5-7° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütünundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85%, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Lakin axşama doğru bəzi cənub rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti