Bu gün Rusiyada matəmdir - (VİDEOXƏBƏR)

Bu gün Rusiyada matəmdir - (VİDEOXƏBƏR)
  26 Dekabr 2016    Oxunub:4117
Bu gün Rusiya Federasiyasında matəmdir.
AzVision.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsinin Soçidə qəzaya uğraması ilə əlaqədar dekabrın 26-nı matəm günü elan edib.

Qeyd edək ki, dekabrın 25-də səhər saatlarında Soçidən havaya qalxan təyyarə uçuşun 7-ci dəqiqəsində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 92 nəfər, həmçinin hərbçilər, Rusiya Federasiyası Ordusunun Akademik Mahnı və Rəqs Ansamblının 68 üzvü, Birinci Kanalın və NTV kanalının əməkdaşları və heyət üzvləri olub.

Axtarış işlərinə əlavə 1300 hərbçi cəlb olunub. Ümumiyyətlə Qara dənizdə axtarışlar 32 gəmi, 80 dalğıc və beş helikopter tərəfindən aparılır. Bundan başqa, axtarış işlərində pilotsuz uçuş aparatlarından və uzaqdan idarəolunan sualtı cihazlardan da istifadə edilir.

Təyyarədəki sərnişinlərdən indiyədək 12 nəfərin cəsədi tapılıb.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti