Britaniyalı nazir prezidentə kitab bağışladı

Britaniyalı nazir prezidentə kitab bağışladı
  15 Sentyabr 2014    Oxunub:981
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Böyük Britaniyanın keçmiş müdafiə naziri, parlamentin üzvü Liam Foksu qəbul edib.
Görüşdə Liam Foks bildirib ki, coğrafi və geosiyasi baxımdan əlverişli ölkə olan Azərbaycanın getdikcə əhəmiyyəti daha da artır. O, müəllifi olduğu kitabı dövlətimizin başçısına təqdim edib.

Ölkəmizin siyasi və iqtisadi baxımdan uğurla inkişaf etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycanın mövqeyinin daha da möhkəmləndiyini məmnunluqla vurğulayıb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti