Britaniyadan qaçqınlara qarşı sərt addım

Britaniyadan qaçqınlara qarşı sərt addım
  02 Avqust 2015    Oxunub:2029
Britaniya qaçqınların ölkəyə gəlişinə süni maneələr yaradaraq, onların keçidini əngəlləyir.

AzVision.az “Euronews”ə istinadən bildirir ki, Böyük Britaniya digər Avropa ölkələri ilə müqayisədə hədsiz az qaçqın qəbul edən ölkədir. Ümumiyyətlə London hökuməti qaçqınları qəbul etmək istəmir.

Britaniya ekstrimist miliyyətçiləri isə öz çıxışlarında gəlmələrə qarşı sərt davranacaqlarını bildirirlər.

Hətta, digər sağ təmayüllü “UKIP” adlı Britaniya partiyası bildirir ki, qaçqınların ölkəyə girişininin qarşısını alınmaq üçün keçid tuneli qəti şəkildə bağlanmalıdır. Partiya nümayəndələri əlavə edir ki, “bizə idarə olunmaz, vəhşi insanlar lazım deyil”.

Sağ partiya təmsilçiləri öz çıxışlarında həmçinin bildirirlər ki, qaçqınlar arasında təhsilli, çalışqan və ingiliscə danışa bilən kadrlar varsa, onları müəyyən şərtlərlə qəbul etmək olar, çünki belə insanları ona görə qəbul etmək olar ki, gələcəkdə dövlət büdcəsinə vergi ödəyəcəklər.

Xatırladaq ki, keçən həftə Britaniyada 1 nəfər qaçqın irqçi qrup tərəfindən öldürülüb.

Fərrux Həsənov


Teqlər:





Xəbər lenti