Britaniyada təkrar seçki keçirilə bilər - 2.3 milyon imza toplanıb

Britaniyada təkrar seçki keçirilə bilər - 2.3 milyon imza toplanıb
  26 İyun 2016    Oxunub:2452
Böyük Britaniyada ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı təkrar referendumun keçirilməsi tələb olunur. Buna görə başlanan petisiyanı 2 milyondan çox insan imzalayıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, petisiya Britaniya parlamentinin saytında dərc edilib. Petisiyanın baxılması üçün 100 min imza toplaması gərək olmasına baxmayaraq, sənədi 2,3 mln. insan imzalayıb.

Petisiyaya iyunun 28-də parlament komitəsində baxılması gözlənilir.

Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda Böyük Britaniyada Aİ-dən çıxmağa (Brexit) səs verənlərin sayı çoxluq təşkil edib. Referendumda iştirak edənlərin 52 faizi Birləşmiş Krallığın Aİ-ni tərk etməsini istəyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti