Britaniya kəşfiyyatı məşhur yazıçını izləyib

Britaniya kəşfiyyatı məşhur yazıçını izləyib
  29 Avqust 2015    Oxunub:1901
Britaniyalı yazar Doris Lessinq uzun müddət ölkənin xüsusi xidmət orqanları tərəfindən izlənilib.

AzVision.az “Euronews”a istinadən bildirir ki, İngiltərə dövlət arxivinə məxsus bəzi sənədlərin ictimaiyyətə açıqlanması nəticəsində 1943 və 1964-cü illər arasında onun telefon danışıqlarına qulaq asıldığı üzə çıxıb. Üstəlik, onun məktub yazışmaları, eləcə də səyahətləri də xüsusi xidmət orqanlarının məxsusi olaraq nəzarəti altında olub.

Britaniya kəşfiyyat xidmətinin fikrincə, yazıçı Doris Lessinqin kommunizmə aşırı simpatiyası olub.

Qeyd edək ki, Doris Lessinq 1919-cu ildə İranda anadan olub və kiçik yaşlarında ailəsi ilə birgə Zimbabvedə yaşayıblar. II Dünya Müharibəsi zamanı kommunist partiyasının üzvü olduğu deyilir. Britaniyaya gəldikdə isə almaniyalı eks-kommunist Gottfrid Lessing ilə ailə quraraq 1956-cı ildə kommunist partiyasına üzvülükdən rəsmən imtina edib.

Doris Lessinq 2007-ci ildə ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülüb. 2013-cü ildə isə 94 yaşında ikən dünyasını dəyişib.

Fərrux Həsənov
AzVision.az



Teqlər:





Xəbər lenti