Boyu 1.50-dən az olan şəxslərə sürücülük vəsiqəsi verilməyəcək

Boyu 1.50-dən az olan şəxslərə sürücülük vəsiqəsi verilməyəcək
  27 İyul 2014    Oxunub:1645
Rusiyada boyunun hündürlüyü 1.50 sm-dən az olan şəxslərə sürücülük vəsiqəsi verilməyəcək.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mətbuatına məlumat yayılıb.

Bildirilir ki, boyu 1.50 sm-dən az olan vətəndaşlara avtobus, kamaz, tramvat kimi nəqliyyat vasitələrini idarə etmək qadağan ediləcək.

Rusiyanın Səhiyyə Nazirliyi tərəfindən yaxın vaxtlarda həyata keçiriləcək bu yeniliklə boyu qısa olan vətəndaşlara C, CE, D, DE, Tm və Tb kimi sürücülük vəsiqləri verilməyəcək. Bu yenilik sayəsində ölkədə yol qəzalarının azalacağı düşünülür.

Bu xəbər isə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti