Boş qalan yerlərə seçim başladı

Boş qalan yerlərə seçim başladı
  31 Avqust 2015    Oxunub:1747
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə internet vasitəsilə 1 sentyabr saat 10:00-dan 3 sentyabr saat 23:59-dək ixtisas seçimi aparılacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, müsabiqə cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə, orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə 2015-ci il iyulun 2-də keçirilmiş eyni məzmunlu test imtahanının nəticələrinə əsasən aparılır.

İxtisas seçiminə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2015-ci ildə ərizə təqdim etmiş və ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Qeyd edək ki, hər hansı bir təhsil müəssisəsinə qəbul olub qeydiyyatdan keçən şəxslər ixtisas seçiminə buraxılmırlar.
Kolleclərin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti