Borclu əhaliyə xəbərdarlıq edildi

Borclu əhaliyə xəbərdarlıq edildi
  20 Avqust 2014    Oxunub:1658
Elektrik enerjisinə görə yaranmış borcunuzu 23 Avqust 2014-cü il saat 12:00-qədər ödəyin. Borca görə elektrik enerjisinin verilişi dayandırılarsa borc ödənilsə belə 24-saat gözləməli olacaqsınız.
“Bakıelektrikşəbəkə” ASC-dən AzVision.az-a verilən məlumata görə, elektrik enerjisindən istifadəyə görə debütor borcu yaranmış əhali və qeyri əhali abonentlərin (idarə, təşkilat, müəssisələr) elektrik enerjisi təchizatı 23 Avqust 2014-cü il tarixdə, saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaqdır.

Qeyd olunan müddətdə borcunu ödəməyən abonentlərin elektrik enerjisi təchizatı heç bir güzəşt edilmədən dayandırılacaq və borc ödənilsə belə təkrar şəbəkəyə qoşulması 24-saatdan sonra mümkün olacaq.

Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün "Bakıelektrikşəbəkə" ASC tərəfindən çox ciddi tədbirlər görüləcəkdir.

AzVision.az


Teqlər:





Xəbər lenti