Bolqarıstanda güclü partlayış,ölənlər var

Bolqarıstanda güclü partlayış,ölənlər var
  10 Dekabr 2016    Oxunub:1813
Bolqarıstanda 26 sistern propan-butan daşıyan yük qatarı relsdən çıxaraq aşıb.
AzVision.az “Ria Novosti”-yə istinadən xəbər verir ki, hadisə Xitrino yaşayış məntəqəsində baş verib. Yük dolu 26 vaqonun relslərdən çıxması nəticəsində güclü partlayış baş verib.

İlkin məlumatlara görə, partlayış nəticəsində 4 nəfər həlak olub, azı 20 nəfər yaralanıb. 12 nəfər dağıntıların altından çıxarılaraq xəstəxanaya aparılıb.

Güclü partlayış nəticəsində ətrafdakı tikililərdə də dağıntı olub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti