Bolqarıstan parlamenti ermənilərin yalanını ifşa etdi

Bolqarıstan parlamenti ermənilərin yalanını ifşa etdi
  28 May 2016    Oxunub:2837
Bolqarıstandan heç bir parlament nümayəndə heyəti Ermənistanda səfərdə olmayıb.
Bu barədə Bolqarıstanın Xalq Məclisinin mətbuat xidmətinin bəyanatında deyilir.

Mətbuatda yazılanlarla əlaqədar olaraq, parlamentin mətbuat xidməti bəyan edir ki, heç bir parlament nümayəndə heyətinin Ermənistana səfəri olmayıb: "Millət vəkilləri Valeri Simeonov, Valentin Kasabov, Dimitr Bayraktarov və Xristiyan Mitevin səfəri Xalq Məclisinin hesabına deyil, şəxsi dəvət əsasındadır və səfərin Bolqarıstan parlamentinə heç bir aidiyyəti yoxdur".

Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına görə, Bolqarıstanın Vətənpərvər Cəbhə partiyasını təmsil edən parlament üzvləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər.

Bir müddət əvvəl Trend-ə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev demişdi ki, müvafiq dəqiqləşdirmə aparıldıqdan sonra onların adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti