Boksçularımız erməniləri udub finala çıxdı

Boksçularımız erməniləri udub finala çıxdı
  23 May 2015    Oxunub:2376
Lvovda keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində finalçıların adları məlum olub. Həlledici görüşə vəsiqə qazananlar arasında milli komandamızın 4 üzvü də var.
AzVision.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Bəxtiyar Qazıbəyov finala gedən yolda Ermənistan təmsilçisi Koryan Asteyan üzərində inamlı qələbə qazanıb - 3:0. Boksçumuz finalda Türkiyə idmançısı Tuğrulhan Erdemirlə qarşılaşacaq.

Məhəmməd Abdullayev (+80 kq) yarımfinalda Gürcüstanı təmsil edən erməni əsilli Artyum Yordanyanı məğlub edib - 3:0. İdmançımız finalda ukraynalı Akeksandr Xristevlə üz-üzə gələcək.

Cavid Hüseynov (48 kq) da yarımfinalda qalib gəlib. O, irlandiyalı Lorkan Harleksi üstələyib - 2:1. Boksçumuz qızıl medal uğrunda görüşdə ukraynalı Artyom Demyanenko ilə görüşəcək.

Niyaməddin Allahverdiyev isə (52 kq) yarımfinalda Şotlandiya nümayəndəsi Deklin Daffı məğlub edib - 3:0. Həmyerlimizin finaldakı rəqibi ingiltərəli Çarli Frankam olacaq.

Orxan Həsənov (54 kq) və Səid Məlikov (70 kq) yarımfinalda uduzaraq, bürünc medallarla kifayətləniblər.


Teqlər:  





Xəbər lenti