Bir yaşlı uşaq xilas edildi

Bir yaşlı uşaq xilas edildi
  02 Sentyabr 2014    Oxunub:1279
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının damından təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə ilə enərək doqquzuncu mərtəbədə yerləşən mənzilə eyvandan daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 19:54-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti