Bir nəfər 19 nəfəri öldürdü, 45-ni yaraladı – VİDEO

Bir nəfər 19 nəfəri öldürdü, 45-ni yaraladı – VİDEO
  26 İyul 2016    Oxunub:6069
Yaponiyanın Kanaqava prefekturasının Saqamihara şəhərində bıçaqla silahlanan naməlum şəxs məhdud qabiliyyətli insanların yaşadığı sosial müəssisəyə hücum edərək 19 nəfəri qətlə yetirib, 45 nəfəri yaralayıb.
AzVision.az “TASS” agentliyinə istinadla xəbər verir ki, yaralananlardan 20-nin vəziyyəti ağırdır.

Hadisəni törətməkdə şübhəli bilinən 26 yaşlı şəxs polisə təslim olub. Onun həmin müəssisənin əməkdaşı olduğu bildirilir.

Hazırda baş verən hadisə ilə bağlı araşdırmalar aparılır.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti