Bir ildə 13 evi yaran dəstə tutuldu

Bir ildə 13 evi yaran dəstə tutuldu
  25 İyun 2016    Oxunub:1393
Azərbaycanda oğurluq etdiklərinə görə tutulmuş 5 nəfərin daha 12 evdən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.
AzVision.az-ın mlumatına görə, Daxili İşlər Nazirliyinin rəsmi saytında yer alan xəbərdə deyilir ki, Əliyusif Fərəcov, Ruslan Hüseynov, Ələkbər Hüseynov, Əlvan Zeynalov və Orxan Zeynalov oğurluq etdiklərinə görə, iyunun 23-də tutulublar.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının apardıqları əməliyyat tədbirləri ilə onların ötən il fevralın 11-dən bu ilin aprelin 13-dək olan müddətdə daha 12 evdən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti