Bir gündə 79 cinayət, 39 həbs

Bir gündə 79 cinayət, 39 həbs
  18 Aprel 2015    Oxunub:1097
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 79 cinayət faktı qeydə alınmış, onların da 31-i “isti izlər”lə açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 39 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti