Bir gündə 73 cinayət

Bir gündə 73 cinayət
  05 Mart 2015    Oxunub:1315
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 73 cinayət faktı qeydə alınmış, onların da 38-i “isti izlər”lə açılıb.

AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 23 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 41 nəfər tutulub.


Teqlər:





Xəbər lenti