Bir gündə 6 qəza 4 nəfər ölü

Bir gündə 6 qəza 4 nəfər ölü
  20 Dekabr 2014    Oxunub:1558
Dekabrın 19-da respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 56 cinayət faktından 22-nin üstü “isti izlər”lə açılıb.
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınan 6 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb, 11 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 32 nəfər tutulub.



Teqlər:  





Xəbər lenti