Bir gündə 69 cinayət

Bir gündə 69 cinayət
  24 Yanvar 2015    Oxunub:2046
Yanvarın 23-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 69 cinayət faktından 36-nın üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınan 4 yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər ölüb, 2 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 29 nəfər tutulub.


Teqlər:  





Xəbər lenti