Bir gündə 69 cinayət

Bir gündə 69 cinayət
  25 Oktyabr 2014    Oxunub:1262
Respublikanın daxili işlər orqanları tərəfindən 24 oktyabrda 69 cinayət faktı qeydə alınıb, onların da 32-si “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən məlumat verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb, 14 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 30 nəfər tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti