Bir gündə 65 cinayət, 24 həbs

Bir gündə 65 cinayət, 24 həbs
  29 Yanvar 2015    Oxunub:1171
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 65 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 17 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 24 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti