Bir gündə 40 nəfər həbs olundu

Bir gündə 40 nəfər həbs olundu
  22 Noyabr 2014    Oxunub:1374
Ötən gün respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 6 nəfər yaralanıb.
AzVision.az Daxili İşlər Nazirliyinin saytina istinadən xəbər verir ki, ötən gün ərzində 86 cinayət faktı qeydə alınıb, onların da 37-si “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 40 nəfər tutulub.


Teqlər:





Xəbər lenti