Bir gündə 32 nəfər həbs olundu

Bir gündə 32 nəfər həbs olundu
  24 Oktyabr 2014    Oxunub:1256
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 76 cinayət faktı qeydə alınıb, onların da 35-i “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 32 nəfər tutulub.


Teqlər:  





Xəbər lenti