Bir gündə 28 nəfər həbs edildi

Bir gündə 28 nəfər həbs edildi
  21 Sentyabr 2014    Oxunub:1082
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 58 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.
DİN-dən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 28 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti