Bir ailənin 3 üzvü qəzada yaralandı

Bir ailənin 3 üzvü qəzada yaralandı
  28 Sentyabr 2016    Oxunub:1557
Sabirabadda avtoqəza baş verib, bir ailənin 3 üzvü xəsarət alıb.
Sabirabad rayonunun Həşimxanlı kənd sakini, 1979-cu il təvəllüdlü Baxışov Aydın Mehrac oğlu idarə etdiyi "VAZ 21011" markalı avtomobili yolun kənarında dayanan traktora çırpıb.

Qəza nəticəsində sürücü, onun həyat yoldaşı-1980-ci il təvəllüdlü Baxışova Şəfaqət Samir qızı və onların 5 yaşlı oğlu Baxışov Mehrac Aydın oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Sabirabad Ryon Polis Şöbəsində araşdırma aparılır. (Apa)

AzVision.az


Teqlər:





Xəbər lenti