Bir ailənin 6 üzvü dəm qazından zəhərlənib

Bir ailənin 6 üzvü dəm qazından zəhərlənib
  20 Fevral 2017    Oxunub:1440
Bakıda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, fevralın 20-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yaşayan Heydər Seyidovun evində özü, anası Vəsilə, qardaşı Elmar, bacısı Pərvanə, arvadı Xatirə, azyaşlı oğlu İbrahim dəm qazından zəhərləniblər.

Nəticədə H. Seyidov ölüb, digərləri xəstəxanaya yerləşdiriliblər.

AzVision.az


Teqlər:





Xəbər lenti