Binəqədidə güclü yanğın olub

Binəqədidə güclü yanğın olub
  26 Avqust 2016    Oxunub:1528
Bakıda güclü yanğın olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Binəqədi rayonunda baş verib.

Nəticədə vətəndaşa məxsus ümumi sahəsi 20 m² olan yardımçı tikilinin yanar konstruksiyaları və tikilinin yaxınlığında 600 m² sahədə mazut qarışıq məişət tullantıları yanıb. Yüksək temperaturdan yaxınlıqda sahibi məlum olmayan iki mərtəbəli evin plastik pəncərə çərçivələri əriyib. Yanğından yaxınlıqdakı tikililər və qonşu evlər mühafizə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti