Binəqədidə evə basqın olub

Binəqədidə evə basqın olub
  28 İyul 2016    Oxunub:1745
Bakıda mənzilə basqın edilib.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. Məlumata görə, iyulun 27-də Binəqədi rayonu ərazisində yaşayan İradə Hüseynovanın mənzilinə aldatma yolu ilə girmiş naməlum şəxs ona bıçaqla xəsarət yetirib oradan 110 manat pul aparıb.

İ.Hüseynova xəstəxanaya yerləşdirilib. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə hadisənin Bakı şəhər sakini Samir Rəşidov tərəfindən törədilməsi müəyyən edilib.

Binəqədi Rayon Polis İdarəsində faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti