Binada yanğın başlayıb

Binada yanğın başlayıb
  03 Avqust 2015    Oxunub:1783
Bakının mərkəzində yaşayış binası yanır.
Şahidlərin verdiyi məlumata görə, hadisə Səbail rayonu Zərifə Əliyev prospekti 32 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib ki, yanğın yaşayış binasının blokunda meydana gəlib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.(Apa)


Teqlər:  





Xəbər lenti