Biləsuvarda 3 otaqlı ev yanıb

Biləsuvarda 3 otaqlı ev yanıb
  25 Fevral 2017    Oxunub:1866
Bu gün səhər saatlarında Biləsuvarda yanğın faktı qeydə alınıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Dərvişli kəndində vətəndaşa məxsus ümumi sahəsi 84 m2 olan birmərtəbəli 3 otaqlı evin tavanı 44 m2 və dam örtüyünün yanar konstruksiyaları 5 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 05:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti