Biləsuvar və Sabirabadda yanğın olub

Biləsuvar və Sabirabadda yanğın olub
  26 May 2016    Oxunub:1514
Azərbaycanda bir neçə yanğın hadisəsi baş verib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Biləsuvar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 21 kv.m olan yardımçı tiklinin içərisinə yığılmış yarasız ev əşyaları 4 kv.m sahədə yanıb. Tikililnin qalan hissəsi yanğından mühafizə olunub.

Digər yanğın hadisəsi Sabirabadda baş verib. Belə ki, rayonun Yolçubəyli kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 5 ton ot bağlamasının 2 tonu və yaxınlıqdakı ümumi sahəsi 20 kv.m olan tövlənin qamışdan ibarət dam örtüyü 2 kv.m sahədə yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti