Biləcəridə hərəkət məhdudlaşdırılır

Biləcəridə hərəkət məhdudlaşdırılır
  27 Fevral 2015    Oxunub:1420
Binəqədi rayonunun Biləcəri qəsəbəsində Müdafiə Nazirliyinin ərzaq-əşya təyinatlı N saylı hərbi hissəsinə gedən dəmir yolunun təmiri ilə əlaqədar olaraq həmin ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC Mətbuat Katibliyindən AzVision.az-a verilən məlumata görə, məhdudiyyət 2015-ci il fevralın 28-i axşam saat 20:00-dan martın 1-i səhər saat 8:00-a qədər tətbiq olunacaq.

Hazırda sözügedən hissənin kənarından alternativ yolların salınması istiqamətində işlər gedir.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti