Bəzi universitetlərə yeni status veriləcək

Bəzi universitetlərə yeni status veriləcək
  24 May 2016    Oxunub:2463
“Yaxın vaxtlarda Azərbaycanın aparıcı ali təhsil müəssisələrinə tədqiqat universitetləri statusunun verilməsi nəzərdə tutulur”.
AzVision.az xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransında çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, magistrant və doktorant səviyyəsində elmi araşdırmalara dərindən yiyələnmək məqsədi ilə "Tədqiqat metodları" adlı fənn tədris planına daxil edilib. Bununla da 2016/2017-ci tədris ilindən başlayaraq 150-dən çox ixtisaslaşma üzrə təhsil alan magistrant və doktorantlar müasir tədqiqat metodlarını öyrənmək imkanı əldə edəcəklər.

C. Bayramov onu da qeyd edib ki, hazırda həmin fənni tədris edəcək müəllimlər üçün “ADA” Universitetində təlimlər keçirilir.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti