Bəzi ixtisaslara qəbul məhdudlaşdırılır

Bəzi ixtisaslara qəbul məhdudlaşdırılır
  12 Fevral 2016    Oxunub:2360
“Bir çox kolleclər eyni profil üzrə kadr hazırlığı həyata keçirir və bəzilərində peşəkar idarəetmə və müəllim heyəti ilə bağlı o qədər yüksək keyfiyyət olmadığı üçün onların fəaliyyəti qənaətbəxş hesab edilə bilməz”.
Bunu Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, əmək bazarında yetərincə tələbat olmayan sahələr üzrə kadr hazırlığının aparılması və çoxsaylı idarəetmənin saxlanılması büdcə vəsaitlərində səmərəsiz xərcləmələrə gətirib çıxara bilir:

“Buna görə də, Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə müəyyən addımlar atılıb, görülən tədbirlər nəticəsində orta ixtisas müəssisələrində pedaqoji kadr hazırlığı minimuma endirilib, əmək bazarında tələb olunmayan digər ixtisaslar üzrə qəbul planları məhdudlaşdırılıb”.

Cəsarət Valehov əlavə edib ki, əsas məqsəd orta ixtisas təhsil müəssisəsinin optimallaşdırılması hesabına daha mobil və keyfiyyətli kadr hazırlığını əmələ gətirməkdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti