Bəzi ixtisaslar üzrə SABAH qrupları yaradılmayacaq

Bəzi ixtisaslar üzrə SABAH qrupları yaradılmayacaq
  28 İyul 2016    Oxunub:6356
2016/2017-ci tədris ilinda SABAH qruplarında bir sıra ixtisaslar yaradılmayacaq.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, 2016/2017-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu müsabiqəsi zamanı qeyd olunan ixtisaslar üzrə test imtahanında iştirak etmiş, müvafiq olaraq keçid balını toplamış tələbələrin sayı akademik qrupun formalaşdırılması üçün tələb olunan minimal saydan (15 nəfər) az olduğu üçün qeyd olunan ixtisaslar üzrə SABAH qrupları yaradılmayacaq.

Bu ixtisaslara məktəbəqədər təlim və tərbiyə, fizika, psixologiya, tarix, ekologiya mühəndisliyi, elektrik mühəndisliyi və biotibbi texnologiya mühəndisliyi daxildir.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti