Beynəlxalq Bankdan müştərilərə- Çağırış

Beynəlxalq Bankdan müştərilərə- Çağırış
  23 Noyabr 2014    Oxunub:1951
Azərbaycan Beynəlxalq Bankı müştərilərini kartların imkanlarından geniş istifadə etməyə çağırıb.
Azərbaycan Beynəlxalq Bankı idarə heyətinin sədri Cahangir Hacıyev jurnalistlərə müsahibəsində deyib ki, bankomatların qarşısında yaranan növbələr bankomatların sayının azlığı ilə deyil, pensiyaçıların kartların imkanlarından geniş istifadə edə bilməməsi ilə bağlıdır.

Cahangir Hacıyev pensiyaçıların və müştərilərin kartlara yalnız bankomatdan nağd vəsaitin çıxarılması vasitəsi kimi baxdıqlarını bildirib: “Ehtiyac yarandıqda biz bankomatların sayını da artırırıq. Mütəmadi olaraq müxtəlif kart məhsulları təqdim edirik. Amma buna baxmayaraq bəziləri bu məhsullardan istifadə etməyi bacarmırlar. Biz müştəriləri kartlardan geniş şəkildə istifadə etməyə çağırırıq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti