Beynəlxalq Bank hələ də sədrsizdir

Beynəlxalq Bank hələ də sədrsizdir
  04 İyul 2015    Oxunub:2713
Bu gün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Bankın mətbuat xidmətindən verilən məlumata görə, iclasda bankın İdarə Heyəti üzvlərinin səlahiyyət müddətinin uzadılması barədə məsələyə baxılıb.

Müşahidə Şurasının qəbul etdiyi qərara əsasən, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti 22 iyul 2015-ci il tarixinədək uzadılıb.


Teqlər:  





Xəbər lenti