Bəyin toyda gəlini döyməsi ilə bağlı AÇIQLAMA

Bəyin toyda gəlini döyməsi ilə bağlı AÇIQLAMA
  27 Aprel 2015    Oxunub:5375
Bakıda “Xudafərin” şadlıq sarayında keçirilən toy zamanı baş verən kütləvi davanın səbəbi məlum olub.
Şadlıq evinin rəhbərliyindən AzVision.az-verilən məlumata görə, toy zamanı Sənan adlı bəy gəlini döymək istəyib. Bu zaman qohumlar arasında mübahisə düşüb. Davanın mahnı üstündə düşdüyü məlum olub:

“Toyda çoxlu mahnı sifarişləri verilib. Bəylə gəlini də rəqsə dəvət ediblər. Bu zaman bəy oynamaq istəməyib. Gəlin isə rəqs etmək istəyib. Toydakı gənclərdən biri bəyə yaxınlaşıb, onun qulağına nəsə pıçıldayıb. Bu zaman bəy əsəbləşib. Yanında oturan gəlinə əl atıb. Gəlin də toydan qaçmaq istəyib. Bu zaman yeni qohumlar arasında mübahisə yaranıb. Hadisə ilə bağlı polisə xəbər verilib. Nizami Rayon Polis İdarəsinin əməkdaşları şadlıq evinə daxil olaraq, davanın qarşısını alıb”.

Şadlıq evindən verilən məlumata görə, bəyin saxlanılması haqda mətbuatda yayılan xəbərlər doğru deyil.

“Onların polis tərəfindən saxlanılması barədə yayılan xəbərlər yalandır. Toy bitdikdən sonra gecə bəylə-gəlin restoranı birgə tərk ediblər. Onların nikahları pozulmayıb. Yayılan xəbərlər dezinformasiyadır. Bəy-gəlin çox da imkanlı adamlar deyillər”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti