Bəxtiyar Sadıqov vəzifəsindən istefa verdi

Bəxtiyar Sadıqov vəzifəsindən istefa verdi
  08 Oktyabr 2015    Oxunub:5614
Millət vəkili Bəxtiyar Sadıqov “Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsindən istefa verib.
Bu barədə AzVision.az-a B.Sadıqov özü bildirib.

O qeyd edib ki, qəzetin baş redaktorluqdan istefasına səbəb özünün təbliğat-təşviqat qrupuna rəhbərlik etməsidir: “Seçki Məcəlləsinin tələblərinə görə, deputatlığa namizəd qəzet rəhbərləri təbliğat-təşviqat dövründə istefa verməlidirlər. Bu ondan irəli gəlir ki, mən qəzet baş redaktoru olaraq bu üstünlükdən rəqiblərimə qarşı istifadə edə bilərəm. Bunun qarşısını almaq üçün Seçki Məcəlləsinin tələblərinə əməl edərək “Azərbaycan” qəzetinin baş redaktorluğundan istefa vermişəm”.

B.Sadıqov əlavə edib ki, oktyabr ayının 6-dan qəzetə I müavini Amil Novruzov rəhbərlik edir.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti