Beş min girov azad edildi

Beş min girov azad edildi
  26 İyun 2016    Oxunub:2038
Nigeriya silahlı qüvvələri ölkənin şimal-şərqində beş min nəfəri girovluqdan azad edib.
Bu barədə ordunun Tvitter sosial şəbəkəsində rəsmi səhifəsində yerləşdirilmiş bəyanatında bildirilib.

"Nigeriya silahlı qüvvələri Borno ştatının bir neçə kəndində terrorçuları sıxışdırıb. Əməliyyat zamanı altı nəfər öldürülüb, beş min nəfər girovluqdan azad edilib" - deyə bəyanatda qeyd olunur.

Qeyd edək ki, "Boko Haram" radikal islamçı qruplaşması Nigeriyada tez-tez terror aktları həyata keçirir.

Eyni zamanda Çad və Kamerunda da keçirilən terror aktlarının arxasında bu qruplaşma dayanır. (Report)

AzVision.az


Teqlər:





Xəbər lenti