Berezovskini niyə öldürdülər - sensasion sirlər açıldı

Berezovskini niyə öldürdülər - sensasion sirlər açıldı
  27 Mart 2015    Oxunub:8995
Keçmiş rusiyalı oliqarx Boris Berezovskinin sirli ölümünə dair sensasion məlumatlar yayılıb.
Virtualaz.org saytı xəbər verir ki, Berezovskinin mühafizə rəisi ilk dəfə onun intihar etmədiyini, öldürüldüyünü açıqlayıb, üstəlik bunun səbəblərini də danışıb.

“The Daily Mail” qəzetinin yazdığına görə, Berezovskinin keçmiş mühafizə rəisi Sergey Sokolov onun hamam otağında öldürüldüyünü deyib.

Sokolov deyib ki, Berezovski Rusiyada oliqarxların hazırladığı çevriliş planı haqda məlumatları prezident Vladimir Putinə ötürməyə hazırlaşırdı və onun öldürülməsinin səbəblərini də bunda axtarmaq lazımdır.

“Kreml liderini devirmək planına dəxli olan mühacirətdəki rusiyalı oliqarxı Qərb xüsusi xidmətləri aradan götürdülər”- deyə Berezovskinin mühafizə xidmətinin rəisinə istinadən qəzet yazır.

Berezovski 2013-cü ildə 67 yaşında London ətrafındakı Berkşir şəhərindəki evində ölü tapılıb. Britaniya polisinin versiyasına görə, oliqarx intihar edib.

Lakin Sokolov keçmiş şefinin sirlərini açaraq danışıb ki, Berezovski Rusiyaya qayıtmağa hazırlaşırdı və bu məqsədlə Putinlə danışıqlara başlamışdı. Xahiş edirdi ki, onu geriyə - ölkəyə buraxsınlar. Baxmayaraq ki, Berezovski uzun illər ərzində Putinə qarşı barışmaz müxalifətdə olmuşdu.

“Mən tamamilə əminəm ki, Borisin əlində bəzi iri oliqarxların ona Rusiyada çevriliş təşkil etmək təklifinin əks olunduğu video və audioyazılar var idi. Vəd olunmuşdu ki, bu qəsd planının başında Berezovski dayanacaq”- Sokolov deyib.

Keçmiş mühafizə rəisinin bildirdiyinə görə, Berezovskinin danışıqları gizli yazmağa hərisliyi var idi və o, öz “saxlancını” gizlətmişdi: “Qərb xüsusi xidmət orqanları hələ də Berezovskinin bu gizli səs və video arxivini axtarır. Boris proqnozlaşdırılacaq adam deyildi və həmin qiymətli informasiyaları evində, yastığının altında saxlamırdı”.

Keçmiş mühafizə rəisi deyib ki, Berezovskinin əlində Britaniyanın Mi-6 kəşfiyyat xidmətinin Rusiyaya dair kəşfiyyat malumatları da var idi.

“Mən bilirdim ki, Borisin Mi-6, “Mossad” və Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx əlaqələri var. Berezovskinin qətlini bir neçə ay ərzində hazırlamışdılar. Bu, xüsusi xidmətlərin çox parlaq əməliyyatı idi”- keçmiş mühafizəçi deyib.

Sokolov detalları da danışıb: “Özünüz nəticə çıxarın: Berezovskinin evi sutka boyu mühafizə olunurdu, evin bütün perimetri boyu gizli videomüşahidə kameraları yerləşdirilmişdi. Və milçək də yan keçə bilməzdi. Ancaq onun öldüyü gün bütün mühafizəçilər qəfildən yoxa çıxdılar, videomüşahidə kameraları söndürülüdü. Hərçənd ki, onlar hər yüz metrdən bir quraşdırılmışdı. Çox güman ki, bu əməliyyatda təkcə Mi-6 yox, MKİ də iştirak edib. Borisi bu məxfi xidmətlərin ələ aldığı adamlar əhatə edirdi, o cümlədən onun bir neçə mühafizəçisi ələ alınmışdı”.

Sergey Sokolov “Atoll” özəl mühafizə şirkətinə rəhbərlik edib və 1994-1999-cu illərdə Berezovskinin şəxsi mühafizəsini həyata keçirib. O, əvvəlcə Berezovskinin ölümünü intihar hesab etsə də sonradan mövqeyini dəyişib.


Teqlər:





Xəbər lenti