Berdiməhəmmədov İlham Əliyevə başsağlığı verib

Berdiməhəmmədov İlham Əliyevə başsağlığı verib
  22 May 2015    Oxunub:1499
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Bakıda baş vermiş yanğınla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə dərin hüznlə başsağlığı verib.
Bu barədə AzVision.az “Türkmənistan: Zolotoy vek” qəzetinə istinadən xəbər verir.

Türkmənistan Prezidenti həlak olanların yaxınları və doğmalarının dərdinə şərik və onlara dəstək olduğunu bildirib, həmçinin xəsarət alanların tez bir zamanda sağalmasını diləyib.

Xatırladaq ki, Bakının Binəqədi rayonu Azadlıq prospektində 16 mərtəbəli binanın yanması nəticəsində 15 nəfər dünyasını dəyişib.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti