Bərdəyə leysan yağdı, rayon işıqsız qaldı

Bərdəyə leysan yağdı, rayon işıqsız qaldı
  17 Sentyabr 2014    Oxunub:1213
Bu gecə Bərdə rayonunda leysan xarakterli yağış yağıb.
Külək və ildrım çaxması ilə müşayət olunan leysan təqribən yarım saat davam edib.

Leysan rayonun elektirk təssərrüfatına ciddi ziyan vurub. Belə ki, Bərdə şəhərinə və rayonun bir neçə yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Küləyin evlərin dam örtüklərini və ağacları aşırması halları isə müşahidə olunmayıb.

Qeyri sabit hava şəraiti gecə saat 1-ə qədər davam edib.(ans)


Teqlər:





Xəbər lenti